“Barselona” hücumçusu Vitor Roke ilə yollarını ayırır. Matc.az xəbər verir ki, 19 yaşlı forvard karyerasını yenidən ölkəsi Braziliyada davam etdirəcək.

Hazırda “Betis”də icarə əsasında çıxış edən Braziliya millisinin üzvü “Palmeyras”la anlaşıb. Klublar da bu keçiddə ortaq məxrəcə gəliblər. İndi “Barselona” rəhbərliyi Vitorun “Betis”lə mövsümün sonuna qədər olan icarə müqaviləsini ləğv etməyə çalışır. Çünki Braziliyada “transfer pəncərəsi” sabah bağlanacaq.

Razılığa əsasən, bu transfer “Barselona”ya 25,5 milyon avro qazandıracaq. İspanlar daha 5 milyon bonus ala bilər.

Qeyd edək ki, Vitor Roke “Barselona”ya ötən il “Atletiko Paranaense”dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest