27 Fevral 2025, 14:33
FUTBOL
"İnter Mayami"nin sahibi Devid Bekhem açıqlama verib. Matc.az xəbər verir ki, İngiltərə yığmasının sabiq futbolçusu klubun argentinalı hücumçusu Lionel Messini tərifləyib.
Bekhem Messini tarixin ən yaxşı futbolçusu adlandırıb: “Leo dünyanın ən yaxşı oyunçusudu. Mən təkcə hazırkı dövrü nəzərdə tutmuram. O, futbol tarixinin ən yaxşısıdı”.
Qeyd edək ki, Messi 2023-cü ilin əvvəlindən “İnter Mayami”nin formasını geyinir.