27 Fevral 2025, 15:36
FUTBOL
“Real” heyətlə bağlı ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi Dani Sebalyos İspaniya Kubokunun “Real Sosyedad”la keçirilən yarımfinal oyununda zədələnib.
Dizindən xəsarət alan 28 yaşlı oyunçunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur. Sebalyosun vəziyyətinə təkrar tibbi müayinələrdən sonra tam aydınlıq gələcək.
Qeyd edək ki, Dani bu mövsüm "Real"da 30 oyunda 2 qol ötürməsi ilə yadda qalıb.