27 Fevral 2025, 16:05
FUTBOL
Bu gün baş tutmalı olan, ancaq əlverişsiz hava səbəbindən təxirə salınan “Mingəçevir” - “Difai” matçının yeni tarixi açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
PFL-in qərarına əsasən, görüş fevralın 28-də Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək.
Qeyd edək ki, oyun saat 14:00-da başlanacaq.