27 Fevral 2025, 17:45
FUTBOL
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Tottenhem”lə çempionat matçından (1:0) sonra komandasının müdafiəçisi Abdukodir Xusanov haqda danışıb. Matc.az xəbər verir ki, o, özbək futbolçunun çıxışından razılığını dilə gətirib.
“Xusanovla danışanda sadəcə gülür. Lakin çox etibarlı müdafiəçidi. İnanılmaz dərəcədə sürətə malikdi. Bundan əlavə, əla ötürmələr verir. Ancaq hələ də təkmilləşməsi lazımdı. Cəmi 20 yaşı var, getdikcə daha yaxşı futbolçuya çevriləcək. Əsas odu ki, heç nədən şikayətlənmir, təvazökardı”, - deyə Pep bildirib.
Qeyd edək ki, Xusanov bu qış “Mançester Siti”yə cəlb olunub.