"İnter" "Liverpul"un 32 yaşlı vingeri Məhəmməd Salahla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Bildirilir ki, misirli futbolçu artıq bir neçə Avropa klubu ilə danışıqlar aparıb ki, onlardan biri də "İnter"dir. İtaliya klubu hücumçunun onların oyun sisteminə mükəmməl uyğunlaşacağına və komandanın əsas ulduzu ola biləcəyinə inandıqları üçün, cari mövsümün sonunda, "Liverpul" ilə müqaviləsi başa çatdıqda Salahla müqavilə bağlamaq istəyirlər.

Qeyd edək ki, Salah bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 30 qol vurub və 22 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 55 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest