Yeni tövsiyələrə əsasən, 8 saniyəlik vaxt məhdudiyyəti tətbiq ediləcək. Qapıçı topu 8 saniyədən çox əlində saxlayırsa, rəqibin xeyrinə künc zərbəsi təyin ediləcək.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçının topla hərəkətləri ilə bağlı oyun qaydalarına dəyişiklik edib.

Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Yeni tövsiyələrə əsasən, 8 saniyəlik vaxt məhdudiyyəti tətbiq ediləcək. Qapıçı topu 8 saniyədən çox əlində saxlayırsa, rəqibin xeyrinə künc zərbəsi təyin ediləcək. Əvvəllər isə cərimə zərbəsinin rəqibə verilməsini nəzərdə tutan 6 saniyəlik qayda var idi.

Qeyd edək ki, yeni qaydalar 2025/26 mövsümündə qüvvəyə minəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest