Futbol üzrə Türkiyə 1-ci Liqasında 27-ci turun görüşləri keçirilir.

Matc.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Çorum" səfərdə "Iğdır"ın qonağı olub. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

29 yaşlı yarımmüdafiəçi 77-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 27 turdan sonra 39 xal toplayan "Çorum" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest