01 Mart 2025, 22:39
FUTBOL
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni qərarlar qəbul edib.
Matc.az xəbər verir ki, 4 istiqamət üzrə qəbul edilən qaydalar növbəti mövsümdən qüvvəyə minəcək.
Xəbər verdiyimiz kimi, qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komanda künc zərbəsi yerinə yetirəcək.
İkinci olaraq hakim ilə yalnız komanda kapitanları danışa biləcək.
Üçüncü qərar VAR ilə bağlıdır. VAR danışıqları epizodlar izlənildikdən sonra anons ediləcək.
Dördüncüdə isə, bir oyunçunun ofsaydda olması üçün rəqibindən tamamilə öndə olması qaydası test ediləcək.