02 Mart 2025, 10:29
FUTBOL
"Real"ın baş məşqçisi Karlo Ançelotti komandasının İspaniya La Liqasının 26-cı turunun "Betis"lə oyununda məğlubiyyətindən danışıb.
Matc.az xəbər verir ki, Ançelotti 2:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
"Bərbad oyun. Yaxşı başladıq, amma sonra eyni oyun səviyyəsini qoruya bilmədik. Bizdən daha yaxşı oynayan və layiqincə qalib gələn komandaya qarşı oyuna nəzarəti itirdik... Bu, ağır zərbədir, reaksiya vermək lazımdır. Mövsümün bu nöqtəsində məğlub olmaq çətindir, çünki hər komanda əlindən gələni edir və biz bunu bu gün etmədik".
Qeyd edək ki, keçirilən 26 oyundan sonra "Real" La Liqanın turnir cədvəlində üçüncü yerdədir. Ançelottinin rəhbərlik etdiyi komanda 54 xal toplayıb.