Fransalı vinger bu görüşdə fərqlənməklə 2025-ci ildə vurduğu qollarının sayını 18-ə çatdırıb. O, 21-ci əsrdə TOP-5 liqalarında martın 1-nə qədər bu qol sayına çatan ilk futbolçudur.
PSJ-nin futbolçusu Usman Dembele yeni rekorda imza atıb.
Matc.az xəbər verir ki, onun rekordu Liqa 1-in 24-cü turunda "Lill"ə 4:1 hesabı ilə qalib gəldikləri oyunda qeydə alınıb.
Fransalı vinger bu görüşdə fərqlənməklə 2025-ci ildə vurduğu qollarının sayını 18-ə çatdırıb. O, 21-ci əsrdə TOP-5 liqalarında martın 1-nə qədər bu qol sayına çatan ilk futbolçudur. Buna qədər sözügedən rekord Lionel Messiyə məxsus idi. "İnter Mayami"nin futbolçusu "Barselona"da çıxış edərkən - 2016-cı ildə martın 1-nə qədər 17 qol vurmağı bacarmışdı.
Qeyd edək ki, Dembele hazırda Liqa 1-də 18 qolla çempionatın bombardiridir. O, bu mövsüm ümumilikdə 33 oyuna 26 qol vurub, 6 qol ötürməsi edib.