Sabah Misli Premyer Liqasında XXV tura start veriləcək.

Matc.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turnir cədvəlinin sonuncusu "Səbail" "Şamaxı"nı qəbul edəcək. Lider "Qarabağ" isə səfərdə "Sumqayıt"ın qonağı olacaq.

Martın 4-də "Turan Tovuz" doğma meydanda "Zirə"ni, "Sabah" isə "Araz-Naxçıvan"ı qəbul edəcək. 

Qeyd edək ki, tura martın 5-də, Tovuzda baş tutacaq "Kəpəz" – "Neftçi" qarşılaşması ilə yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest