02 Mart 2025, 11:21
FUTBOL
İspaniya La Liqasının XXVI turunda sabiq komandası "Real"a qol vurduqdan sonra hədsiz dərəcədə sevinc yaşayan İsko, bu davranışına görə Madrid klubunun azarkeşlərindən üzr istəyib.
Matc.az xəbər verir ki, 32 yaşlı vinger ötən gün "Betis"in 2:1 hesabı ilə qalib gəldiyi oyunun ardından rəqib komandanın azarkeşlərinə səslənib.
"Vurduğum qola görə hədsiz dərəcədə sevindiyim üçün bütün "Real" azarkeşlərindən üzr istəyirəm. Bu komanda və azarkeşləri hər zaman mənim ürəyimdə qalacaq".
Qeyd edək ki, İsko 2013-2022 illər aralığında "Real"ın formasını geyinib.