02 Mart 2025, 13:07
FUTBOL
"Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi, 33 yaşlı Kevin De Bruyne gələn yay müqaviləsi başa çatacaq klubda qalmaq üçün komandada daha az əhəmiyyətli rol oynamağa hazırdır.
Matc.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Bildirilir ki, belçikalı futbolçu üçün karyerasını "Mançester Siti"də davam etdirməsi vacibdir, çünki o, ön planda olmaq və millinin tərkibində 2026-cı il dünya çempionatına yollanmaq istəyir. Yarımmüdafiəçi hələ də komandaya töhfə verməyə qadir olduğuna inanır. "Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola da De Bruyneyə etibar edir.
Qeyd edək ki, De Bruyne bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.