"Barselona" 28 yaşlı hücumçu Rafinyaya müqaviləsini 2030-cu ilə qədər uzatmaq təklifi edib.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, yeni müqavilədə braziliyalı futbolçunun sərbəst qalma müddəasının bazar şərtlərinə uyğunlaşdırılması variantı nəzərdən keçirilir.

Qeyd edək ki, futbolçunun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest