"Bavariya" "Brayton"un və Niderland millisinin qapıçısı Bart Verbruggeni transfer etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Bildirilir ki, Münhen klubunun baş məşqçisi Vinsent Kompani "Anderlext"də birlikdə çalışdığı 22 yaşlı qolkiperin oyununu çox bəyənir.

Belçikalı mütəxəssis Verbruqgeni müqaviləsi 2026-cı ilin yayında başa çatacaq 38 yaşlı Manuel Noyerin əvəzləyicisi kimi görür. 

Qeyd edək ki, Bart Verbruggen bu mövsüm bütün turnirlərdə "Brayton"un heyətində 27 oyun keçirib, 39 qol buraxıb və 7 matçda qapını toxunulmaz saxlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest