"Arsenal" 23 yaşlı mərkəz müdafiəçisi Uilyam Saliba üçün yeni müqavilə hazırlayır.
Matc.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.
Bildirilir ki, "Arsenal" müqaviləsi 2027-ci ilin yayında başa çatacaq fransalı futbolçu ilə "Real"ın maraqlandığı bir vaxtda onun yeni müqaviləsi üzərində işi gücləndirib. "Topçular" Salibanı klubun ən yüksək maaş alan futbolçularından birinə çevirmək istəyir. "Arsenal"ın 23 yaşlı müdafiəçinin maaşını həftəlik 250 min funt-sterlinqə qədər artıra biləcəyi vurğulanır.
Qeyd edək ki, Saliba komandaya 2019-cu ilin yayında qoşulub. Bu müddət ərzində o, bütün turnirlərdə 119 matçda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 80 milyon avrodur.