"Yuventus" "Betis"də icarə əsasında oynayan "Mançester Yunayted"in 25 yaşlı cinah oyunçusu Antoni ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "TuttoJuve" məlumat yayıb.
Bildirilir ki, braziliyalı futbolçu Turin klubuna keçmək variantına müsbət baxır.
Lakin transferin baş tutması üçün 2 şərt yerinə yetirilməlidir. Birincisi, "qırmızı şeytanlar" Antoninin transferi üçün istədikləri məbləği azaltmalıdır ki, bu da 50 milyon avrodur. İkincisi isə 25 yaşlı hücumçu maaşını azaltmalı olacaq. "Mançester Yunayted"də braziliyalının maaşı ildə 14 milyon avrodur.
Qeyd edək ki, Antoni ötən ilin yanvarında "Betis"ə icarəyə verilmişdi. Bu mövsüm cinah oyunçusu bütün turnirlərdə 21 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.