"Espanyol"un qapıçısı Joan Qarsiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "AS" məlumat paylaşıb.

Qapıçı ilə Londonun "Arsenal" klubu maraqlanır.

Qarsiyanın agenti bildirib ki, futbolçu dünyanın istənilən klubunun start heyətində oynaya bilər.

Qapıçı ilə "Arsenal"dan başqa Leverkuzen "Bayer"i də maraqlanır.

Qeyd edək ki, "Espanyol" müqaviləsində nəzərdə tutulan satınalma bəndinin tam məbləğini ödənsə Qarsiyanı buraxmağa hazırdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest