Türkiyə Superliqasında 26-cı turun növbəti 3 oyunu keçirilib. Matc.az xəbər verir ki, “Rizəspor” - “Alanyaspor” görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Lider “Qalatasaray” səfərdə “Kasımpaşa” ilə 3:3 hesablı heç-heçə edib. “Fənərbağça” isə “Antalyaspor”la ev matçında qələbə qazanıb - 3:0.

Qeydə alınan nəticələrdən sonra “Fənərbağça”nın lider "Qalatasaray"la arasındakı xal fərqi 4-ə enib.

Türkiyə Superliqası, XXVI tur

2 mart

"Rizəspor" – "Alanyaspor" - 3:1

Qollar: Gezzal, 46; Sou, 71; Olavoyin, 85 - Şporar, 65 (pen.)

"Kasımpaşa" – "Qalatasaray" - 3:3

Qollar: Ben Uanes; 52. Brekalo, 61; Hayradinoviç, 85 (pen.) - Osimhen, 12 (pen.), 71; Lemina, 69

"Fənərbağça" - "Antalyaspor" - 3:0

Qollar: Müldür, 9; Tadiç, 26; En-Nesiri, 30

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest