İngiltərə Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Matc.az xəbər verir ki, “Brayton” səfərdə "Nyukasl"dan 2:1 hesabı ilə üstün olub.

Nəticədə komanda adını növbəti mərhələyə yazdırıb.

“Mançester Yunayted” isə evdə “Fulhem”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına gərək duyulub. Burada isə “Fulhem” 4:3 hesabı ilə üstün olaraq növbəti mərhələyə çıxıb.

İngiltərə Kuboku

2 mart

"Nyukasl" - "Brayton" - 1:2

Qollar: A.İsak, 22-pen - Minte, 44; Uelbek, 114.

"Mançester Yunayted" - "Fulhem" - 1:1 (penaltilərlə 3:4)

Qollar: B.Fernandes, 71 - Bassi, 45+1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest