Zamiq "Tueta" ilə ev matçında iştirak edib.

Milli komandamızın müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunda növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, o, ölkə çempionatının 26-cı turu çərçivəsində "Tueta" ilə ev matçında iştirak edib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Zamiq start heyətdə yer alıb və oyunu əvəzlənmədən keçirib.

Qeyd edək ki, “Eqnatiya” hazırda 49 xalla birinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest