Azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Bolu təmsilçisi 27-ci tur çərçivəsində "Ərzurumspor"u qəbul edib.

Oyunda qol vurulmayıb. Start heyətdə yer almayan İsgəndərli 90-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Boluspor" hazırda 38 xalla turnir cədvəlində 10-cu yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest