"Əl-Nəsr"in ulduz futbolçusu Kriştianu Ronaldo kumirlərinin adlarını açıqlayıb. Matc.az xəbər verir ki, o, iki şəxsi böyük futbolçu adlandırıb.

Bunlar Braziliya yığmasının sabiq oyunçuları Ronaldo və Ronaldinyodu: “Hər ikisi futbolda tarix yazıb. Düzdü, mən onlardan çox fərdi titul qazanmışam. Lakin onların hər ikisi dünya çempionudu. Ronaldo və Ronaldinyonun oyunlarına baxaraq böyümüşəm. Hər ikisi mənim kumirimdi”.

Qeyd edək ki, Kriştianu Ronaldonun fevralın 5-də 40 yaşı tamam olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest