Futzal üzrə yığmamız Avro-2026-nın əsas mərhələsi çərçivəsində Yunanıstanla oyun üçün təlim-məşq toplanışına start verib. Matc.az xəbər verir ki, bu gündən etibarən futzalçılarımız martın 8-dək Bakıda hazırlıq keçəcək.
Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Millimiz səfərə martın 9-da çıxacaq. Komanda martın 11-də, saat 21:00-da Afinada Yunanıstanla qarşılaşacaq.
Yığmamızın toplanış üçün heyəti: Emin Kürdov ("Araz-Naxçıvan"), Rövşən Hüseynli ("Astana", Qazaxıstan), Novruz Kazıxanov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Emil Həsənzadə, Fərid Atakişiyev, Eldar Zeynalov (hamısı "Neftçi"), Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə, Kamran Hacıyev, Murad Quluzadə (hamısı "Baku Fire"), Seymur Məmmədov (klubsuz).