03 Mart 2025, 12:43
FUTBOL
Ulduz futbolçu Serxio Ramos yeni komandası "Monterrey"də “siftə” edib. Matc.az xəbər verir ki, ispan müdafiəçi Meksika klubunda ilk qoluna imza atıb.
Ramos ölkə çempionatının 10-cu turunda "Santos Laquna" ilə matçda adını tabloya yazdırıb. Görüş "Monterrey"in 4:2 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, Serxio Ramos "Monterrey"lə ötən ay müqavilə bağlayıb.