AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.

Azərbaycan Kubokunda 1/4 finalın “Zirə” - “Araz-Naxçıvan” oyununda “Zirə”də 5 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. “Zirə” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zirə”yə əlavə olaraq 500 manat da cərimə kəsilib.

Azərbaycan Kubokunda 1/4 finalın “Neftçi” - “Kəpəz” oyununda “Neftçi”nin futbolçusu Bassalu Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klub isə 1500 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest