“İnter Mayami” MLS-in II turunda “Hyuston Daynamo” üzərində böyükhesablı qələbə qazanıb.

Msport.az xəbər verir ki, Florida təmsilçisi müntəzəm çempionatında rəqibini 4:1 hesabı ilə üstələyib. Kapitan Lionel Messinin iştirak etmədiyi matçda “İnter Mayami”nin heyətində Luis Suares 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “İnter Mayami” 2 turdan sonra 4 xalla 3-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest