“Milan” cari mövsüm İtaliya çempionatında ötən ildəkindən daha çox məğlub olub.

Msport.az xəbər verir ki, “rossonyerlər” A Seriyasının XXVII turunda “Latsio”ya 1:2 hesabı ilə uduzub.

Bununla komanda liqada 8-ci məğlubiyyətini alıb. Halbuki ötən mövsüm 38 tur ərzində cəmi 7 dəfə məğlub olmuşdular. “Milan” sonuncu dəfə bir mövsümdə 8-dən çox məğlubiyyəti 2019-20 mövsümündə yaşamışdı. Həmin vaxt klub çempionatı 6-cı pillədə başa vurmuşdu.

Qeyd edək ki, “Milan” hazırda 41 xalla 9-cu pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest