Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ildə milli çempionatların ən məhsuldar futbolçularını sıralayıb.

Matc.az xəbər verir ki, bombardirlərin cədvəlinə ilin ilk iki ayında yüksək liqalarda ən çox qol vuranlar salınıb. Siyahıda 7 qol vuran 38 futbolçu yer alıb. İlk pillələrdə Səudiyyə Ərəbistanında çıxış edən futbolçular qərarlaşıb.

“Əl Əhli”nin futbolçusu Eyvan Touni və “Əl Hilal”ın üzvü Markos Leonardo müvafiq olaraq 1-2-ci yerlərdədilər. Hər iki oyunçu 13 dəfə fərqlənib.

Avropanın milli çempionatlarının ən məhsuldar futbolçusu isə “Monako”lu Mika Bieretdi. O, aktivindəki 10 qolla ümumi sıralamada 5-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest