03 Mart 2025, 16:12
FUTBOL
“Lion”un baş məşqçisi Paulo Fonseka 7 aylıq cəzalandırıla bilər. Matc.az xəbər verir ki, buna səbəb mütəxəssisin Liqa 1-in XXIV turunda “Brest”lə oyunun 90+4-cü dəqiqəsində mümkün penalti epizodunu yoxlamaq üçün VAR-a yaxınlaşan baş hakim Benoit Milyoya sərt reaksiya göstərməsidi.
Bu üzdən referi Fonsekaya qırmızı vərəqə göstərib. Buna qəzəblənən baş məşqçi hakimin üzərinə hücum çəkib. Onu futbolçular dayandırıblar.
Qeyd edək ki, Paulo Fonseka bu ilin yanvarında “Lion”a baş məşqçi təyin olunub.