“Bayer”in yarımmüdafiəçisi Florian Virts növbəti komandasını müəyyənləşdirib.

Msport.az xəbər verir ki, tanınmış insayder Florian Plettenberq paylaşımında ulduz futbolçunun “Bavariya”ya keçmək fikrində olduğunu yazıb.

Onun sözlərinə görə, Almaniya millisinin üzvü Münhen klubundan sonra isə Avropanın digər ölkələrindən birinə yollanmağı hədəfləyir: “Məndə olan məlumata görə, Florian əvvəlcə “Bavariya”ya, daha sonra isə xarici kluba keçməyi karyera planı kimi görür. Bunun mümkün olub-olmadığını isə bilmirəm”.

Qeyd edək ki, Florian Virtsin “Bayer”lə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest