03 Mart 2025, 17:48
FUTBOL
Robert Levandovski “Barselona"da ən məhsuldar mövsümünü keçirir.
Msport.az xəbər verir ki, 36 yaşlı polşalı hücumçu son olaraq İspaniya La Liqasının XXVI turunda “Real Sosyedad”la oyunda fərqlənib.
Matçın 60-cı dəqiqəsində vurduğu qolla komandasının 4:0 hesablı qələbəsinə töhfə verən Leva cari mövsüm klub səviyyəsində qol sayını 34-ə çatdırıb. Bu isə onun “Barselona” karyerasında ən məhsuldar mövsümüdür. Levandovski La Liqada 21, Çempionlar Liqasında 9 qol, İspaniya Kubokunda 3, İspaniya Superkubokunda isə 1 qol vurub.
Qeyd edək ki, Robert Levandovski ötən mövsüm 26, ondan əvvəlki mövsüm isə 33 qol vurmuşdu.