Prezidentlərinin yarıtmaz fəaliyyəti "sayəsində" indi qanadı sınmış göyərçinə bənzəyən "Böyük şəhərin tək komandası" dərin böhrandadı.

"Sumqayıt"ın yeni stadionu, sadiq azarkeşləri var. Klubun Müşahidə Şurasının rəhbərliyində hörmətli şəxslər təmsil olunur. Əsas komandanın baş məşqçisi dəyər verilən insandı. Yerli futbolçular da pis deyil. 
 
Amma Burundi, Qvineya, Liberiya, Pakistan, Özbəkistan və başqa ölkələrdən gələn legionerlərin 90 faizi haqda eyni sözləri demək olmur. Məsələn, bu gün dominikanlı Ronaldo əsas heyətdə ilk dəfə meydana çıxdı. Bəlli oldu ki, bu Ronaldo o Ronaldodan deyil. 
Belə legionerləri kim seçib, hansı məqsədlə gətirib?! Ritorik sualdı...
 
Yaxşı sponsorları, maliyyə imkanları, hər cür şəraiti olan komanda az öncə yenə - ardıcıl 3-cü dəfə doğma arenada uduzdu. Bu matçlarda sumqayıtlılar qapılarında 9 qol görüb, özləri isə 1 dəfə də rəqib torunu silkələyə bilməyib. Ümumiyyətlə, "Sumqayıt" dalbadal 11 (!) oyundur qol vura bilmir. 
 
Riad Rəfiyevin prezidenti olduğu "göyərçinlər" bu məğlubiyyətlə Premyer Liqadakı 10 içtirakçı arasında 8-ci pilləyə düşdü. Belə davam etsə, elitanı tərk edə də bilərlər. Halbuki, ən azı oyunçu büdcəsinə görə xeyli yuxarıda olmalıdılar. 
 
Prezidentlərinin yarıtmaz fəaliyyəti "sayəsində" indi qanadı sınmış göyərçinə bənzəyən "Böyük şəhərin tək komandası" dərin böhrandadı.
 
Riad Rəfiyev isə haqlı tənqidə görə jurnalistləri əsassız şəkildə məhkəmələrə verməyə, peşə fəaliyyətlərinə mane olmağa, söz azadlığını boğmağa çalışmağa davam edir...
sports.az
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest