Premyer Liqa rəhbərliyindən verilən açıqlamada fanatların oyunları TV-dən izləməsi və mövsüm bərpa olduqdan sonra mərhələli şəkildə hər şeyin normala dönməsinə çalışılacağı qeyd edilib.
Məlumata görə, XX turdan təxirə getmiş "Ray Valekano" - "Albasete" görüşü iyunun 11-də və ya 12-də keçiriləcək. İsrafilov həmin görüşün 45-ci dəqiqəsində qırmızı vərəqə aldığı üçün bu qarşılaşmada oynamayacaq.
Futbolçuların və məşqçilər heyətinin həftədə 2 dəfə koronavirus testindən keçəcəkləri bildirilir. Qərar səhiyyə təşkilatları və yerli hökumətlə məsləhətləşmədən sonra qəbul edilib
Məlumata görə, rəhbərlik Mbappeyə 6 illik müqavilə və illik 50 milyon avro maaş təklif edib. Paris klubu fransalı forvardı komandada saxlamaq niyyətindədir. Ancaq 21 yaşlı futbolçu ona gələn təklifləri dəyərləndirmək istəyir.
Hazırda ölkəsində yerli futbol akademiyalarından birində çalışan veteran oyunçu eyni zamanda məşqçilik kurslarında iştirak edir: "Artıq B lisenziyası almışam. Gələcəkdə Azərbaycanda çalışmaq istərdim"
Məlumata görə, "İnter" 33 yaşlı futbolçuya 3 illik müqavilə təklif edib. Lautaro Martinesin komandadan ayrılacağı gözlənilir. A Seriyası təmsilçisi bu səbəbdən də Kavanini heyətinə qatmaq niyyətindədir.
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.