"Fasilədə təlim-məşq toplanışını çox yaxşı keçirdik. Komandadan ayrılan oyunçularla yanaşı, gələnlər də oldu. İlk turda "Qarabağ"a məğlub olsaq da, sonrakı görüşlərdə yaxşı oynadıq və uğurlu nəticələr əldə etdik"

Bu sözləri matc.az saytına "Səbail"in müdafiəçisi Adil Nağıyev deyib. O, daha sonra belə davam edib:

"Heyətdən gedən futbolçular da, komandaya yeni qoşulanlar da yaxşı oyunçulardır. Onların səviyyələrə barədə nəsə demək artıq olar. Bəzən klubdakı maliyyə problemlərinin çıxışımıza təsir etdiy deyilir. Xeyr, belə deyil. Bəli, maaşlarda gecikmə olsa da, hamısı verilir. Bu problemlər bizim oyunumuza təsir edə bilməz. Fasilədən sonra sonuncu sıradan qurtulduğumuz üçün sevincliyik. Ancaq hədəfimiz yaxşı çıxış edib, liqanı daha yüksək pillələrdə bitirməkdir. Biz hər oyunu final matçı kimi görürük".

Nağıyev qarşıdakı "Neftçi" görüşü barədə də danışıb:

"Neftçi" çempionatın iki ən güclü komandasından biridir. çempionluğa iddialı rəqiblə səfərdə qarşılaşacağıq. Təbii ki, çətin görüş olacaq. Ancaq biz məğlub olmağa getmirik. çalışıb, vuruşacayıq ki, yaxşı nəticə qazanaq. "Neftçi"yə hörmət edirik, amma onlardan çəkinmirik, qorxmuruq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest