28 Avqust 2026, 19:11
FUTBOL
"Milan"ın portuqaliyalı hücumçusu Rafael Leao karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. 27 yaşlı futbolçu "Aston Villa"nın təklifini geri çevirib.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Saşa Tavolieri məlumat yayıb.
Bildirilir ki, ulduz vinger İngiltərə Premyer Liqasında çıxış edən "Aston Villa" variantı əvəzinə "Qalatasaray"ı seçib.
Hazırda transfer bazarındakı qiyməti 50 milyon avro dəyərində qiymətləndirilən Leaonun İtaliya klubundan ayrılmaq niyyətində olduğu və karyerasında yeni bir səhifə açmaq üçün Türkiyə nəhənginin layihəsinə isti yanaşdığı qeyd edilir.
Tərəflər arasında danışıqların rəsmi mərhələyə keçdiyi bildirilir. Leaonun sabah İstanbula gəlməsi gözlənilir.













