"Çelsi"nin və Seneqal millisinin mərkəz müdafiəçisi Mamadu Sarr karyerasını "Real Sosyedad"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sövdələşmə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulan icarə müqaviləsini əhatə edir. İcarə müqaviləsində futbolçunun birdəfəlik satın alınması bəndi yer almayıb.
2025-ci ilin yayında "Çelsi" Sarrı "Strasburq"dan 14 milyon avroya transfer etsə də, onu daha bir mövsüm icarə əsasında Fransa klubunda saxlamışdı. Bu səbəbdən müdafiəçi indiyədək "Çelsi"nin heyətində heç bir rəsmi matça çıxmayıb.
Hazırda Sarrın transfer dəyəri 22 milyon avro qiymətləndirilir. 20 yaşlı oyunçu Seneqal yığmasında 8 oyun keçirib. O, DÇ-2026 üçün millinin heyətinə daxil edilsə də, turnirdə meydana çıxmayıb.













