Günün yeganə görüşü Litvada təşkil olunub. "Riteryay" öz meydanında İrlandiya təmsilçisi "Derri Siti"ni sınağa çəkib. Məhsuldar keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 2:2.
Avqustun 18-də baş tutmalı olan qarşılaşma Kosovo təmsilçisinin 8 oyunçusunun testinin pozitiv çıxması səbəbindən bu günə təyin olunmuşdu. Lakin bu gün qonaqların daha bir neçə oyunçusunun virusa yoluxduğu açıqlanıb.
"Linkoln" (Cəbəllütariq) - "Priştina" (Kosovo) oyunundan sonra mərhələnin bu gün keçirilməli olan "Tre Penne" (San-Marino) - "Qjilani" (Kosovo) görüşü də ikincilərin futbolçusunda koronavirus infeksiyasına yoluxma aşkarlandığı üçün təxirə salınıb.
İlkin mərhələnin bu günə nəzərdə tutulan digər oyunu isə baş tutub. Andorranın "Enqordani" klubunun qonağı olan Monteneqro "Zeta"sı səfərdə inamlı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Rauf Cabbarovun rəhbərlik etdiyi digər azərbaycanlı hakimlər briqadası isə Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilməli olan "Ordabası" (Qazaxıstan) - "Botoşani" (Rumıniya) matçına təyinat alıb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.