Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi sol cinah yarımmüdafiəçisi Oğuz Aydını transfer edib.
 
"Bucaspor"dan transfer olunan 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Vinger yeni komandasında "70" nömrəli formanı geyinəcək.
 
Niderlandda dünyaya gələn Oğuz Aydın, 2018-ci ildən "Bucaspor"da çıxış edirdi. O, qısa müddət "Karacabey Belediyesspor"da da icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest