03 May 2024, 13:09
FUTBOL
“Çelsi” uğursuz seriyaya son qoyub. Matc.az xəbər verir ki, London təmsilçisi bunu İngiltərə Premyer Liqasının XXVI turundan təxirə salınan “Tottenhem”lə görüşdə bacarıb.
Paytaxt derbisində rəqibi üzrində 2:0 hesablı qələbə qazanan “zadəganlar”ın qalibiyyət həsrəti bitib. Komanda son 3 matçda rəqibini üstələyə bilməmişdi. Belə ki, komanda aprelin 20-dən etibarən “Mançester Siti” (0:1) və “Arsenal”a (0:5) uduzub, “Aston Villa” (2:2) ilə bərabərə qalıb.
Qeyd edək ki, “Çelsi” növbəti oyununu mayın 5-də “Vest Hem”ə qarşı keçirəcək.