Antonio Konte "Çelsi"yə qayıda bilər.
 
Matc.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, klub 2016-2018-ci illərdə komandaya rəhbərlik etmiş italiyalı mütəxəssislə artıq əlaqə saxlayıb.
 
"Mavilər"in ortaq sahibi Todd Bouli Konte üçün yaxşı maliyyə şəraiti yaratmağa hazırdır. 54 yaşlı məşqçinin son iş yeri 2023-cü ilin martında tərk etdiyi "Tottenhem" olub.
 
Hazırda Maurisio Poçettinonun rəhbərliyi altında "Çelsi" Premyer Liqanın turnir cədvəlində 8-ci yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest