AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXII turunda keçirilən “Neftçi” – “Turan Tovuz” oyunu ilə bağlı qərarlarını açıqlayıb. Matc.az xəbər verir ki, görüşün 63-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaqların futbolçusu Bruno Qonçalves 2 oyun şərti olmaqla 4 matçlıq cəzalanıb, klubu 3000 manat cərimələnib. Ona 3 ay sınaq müddəti verilib.

Qarşılaşmaya FHN maşını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi” 1000 manat cərimə olunub.

Görüş bitdikdən sonra futbolçuların avtobusa rahat daxil olmasına şərait yaradılmadığına görə Bakı təmsilçisi daha 500 manat cəriməyə məruz qalıb.

Azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirilməsi isə “Turan Tovuz”a 1000 manat cərimə bahasına başa gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest