03 May 2024, 16:42
FUTBOL
“Milan” yayda “Aston Villa”nın hücumçusu Olli Uotkinsi transfer etməyə hazırlaşır. Matc.az xəbər verir ki, “rossonyerlər” Los-Ancelesə köçməsi nəzərdə tutulan fransalı Olivye Jiruya əvəzləyici axtarırı.
İtaliya klubu 28 yaşlı forvardın keçidi sayəsində bu problemi yoluna qoymağı planlaşdırır. İngiltərədən alınmış ingilislərin son illər “Milan”da uğurlu çıxış etmələri (Kristian Pulişiç, Fikayo Tomori) rəhbərliyin də diqqətindən yayınmayıb. Lakin bu keçidin reallaşmaq ehtimalı az göstərilir. Çünki “Aston Villa” rəhbərliyi qolçusunu 80 milyon avrodan ucuz qiymətə satmağı düşünmür.
Qeyd edək ki, Olli Uotkins cari mövsüm İngiltərə çempionatında 34 oyun keçirib, 19 qol vurub.