03 May 2024, 17:38
FUTBOL
“Milan”ın baş məşqçisi Stefano Pioli işsiz çox qalmayacaq Matc.az xəbər verir ki, “rossonyerlər” mövsümün sonunda onunla yollarını ayırsa belə, çalışdırıcı vaxt itirmədən yeni komandasında fəaliyyətə başlaya biləcək.
Çünki “Napoli” rəhbərliyi hazırda onunla bağlı vəziyyəti nəzərdə saxlayır. Milanlılar 58 yaşlı mütəxəssisi istefaya göndərsə, əsas rəqiblərdən “Napoli” onu komandanın sükanı arxasına gətirməyə çalışacaq. Hətta tərəflər arasında ilkin müqavilənin bağlandığı da bildirilir. İddiaya görə, Pioli neapollularla birillik sazişə qol çəkib.
Qeyd edək ki, “Napoli” hazırkı baş məşqçisi Françesko Kaltsona ilə yayda vidalaşacaq.