03 May 2024, 19:11
FUTBOL
PSJ-nin hücumçusu Kilian Mbappe İspaniyanın paytaxtında ev almaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə “Voz Populi” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, fransalının seçimi Madrid klubunun sabiq kapitanı Serxio Ramosun əvvəllər yaşadığı ev olub. Potensial sövdələşmənin təfərrüatları isə açıqlanmayıb.
Bu mövsüm 25 yaşlı Mbappe 45 matçda iştirak edib, 43 qol vurub və 10 məhsuldar ötürmə edib.