"Mançester Siti"nin vingeri Fil Foden Futbol Yazıçıları Assosiasiyası (FWA) tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.
 
Matc.az xəbər verir ki, Foden təxminən 900 FWA üzvü arasında 42% səsə sahib çıxıb. İlk üçlüyə “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri daxil olub.
 
2023/24 mövsümündə 23 yaşlı Foden 48 oyun keçirib, 24 qol vurub və 10 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest