03 May 2024, 17:05
FUTBOL
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın aparıcı futbolçuları Luka Modriç və Toni Kroosun durumundan narahatdı. Matc.az xəbər verir ki, italiyalı mütəxəssi veteran yarımmüdafiəçilərin komandada saxlanılmasını tələb edib.
Ançelottinin fikrincə, son 10 ildə komandanın orta sahəsi məhz 38 yaşlı Modriç və 34 yaşlı Kroosdan asılı olub. Onlar əvvəlki kimi meydanda çox vaxt keçirməsələr də, faydalı iş əmsalları yüksəkdi. Ançelotti də aparıcı futbolçuların vidasına hazır deyil.
Modriç “kral klubu”ndakı oyun müddətindən narazı olduğundan, yayda klubu tərk etməyi düşünür. Kroosun gələcəyi isə qeyri-müəyyəndi.