“Betis”in yarımmüdafiəçisi Conni Kardosonun dəyəri qalxıb. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu birdən-birə 4 klubun maraq dairəsinə düşüb.

Konkret olaraq “Barselona”, “Atletiko”, “Leypsiq” və Dortmund “Borussiya”sı Kardosonun nümayəndələri ilə əlaqə saxlayıb, onunla maraqlandıqlarını bildiriblər. Kardoso həmçinin İngiltərə Premyer Liqasının klublarının da diqqət mərkəzindədi.

ABŞ millisinin üzvünün təzminat məbləği 80 milyon avrodu. Lakin “Betis” onu 30 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, Conni Kardoso bu mövsüm La Liqada keçirdiyi 12 oyunda 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest