“Çelsi” “Palmeyras”ın vingeri Estevan Villiana maraq göstərir. Matc.az xəbər verir ki, İngiltərə klubu Messinyo kimi tanınan 17 yaşlı ön xətt oyunçusu ilə heyətini gücləndirməyi planlaşdırır.

Londonlular braziliyalı istedadın inkişafını diqqətlə izləyir və futbolçunun 18 yaşı tamam olana qədər onunla müqavilə bağlamaq niyyətindədi. Bildirilir ki, “zadəganlar” keçid müqabilində Braziliya klubuna 30 milyon avro təklif edib. “Palmeyras” bonus şəklində gələcəkdə daha 20 milyon avro ala bilər.

Qeyd edək ki, Messinyo bu mövsüm 16 görüşdə 5 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest